Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsinin ildönümüdür

09:15 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 1 il ötür.

Hafta.az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. 

Siyasət rubrikasından digər xəbərlər